n2006

n2006 Dəri və saç 25-07-2024, 12:22

Hansı yağlar dəri çatlamasına qarşı müsbət təsir edir?

Hansı yağlar dəri çatlamasına qarşı müsbət təsir edir?
Qışın gəlməsi ilə dərimizdəki problemlər də baş qaldırır. Bunun qarşısını təbii yolla almaq mümkündür. Dərinin çatlamasının qarşısını almaq üçün bir neçə yağ araşdırdıq.

Kokos yağı – Bədəndə olan çatların qarşısını almaq üçün çat olan hissələrə kokos yağı çəkib 10 dəqiqə massaj etmək lazımdır. Pambıq bir bezlə də həmin yeri bağlamaq məqsədəuyğundur. Həmin yeri isti su torbası ilə isti saxlamaq lazımdır. Bu prosedur 1 ay müddətində hər gün təkrarlanmalıdır.

Kakao yağı – Çox faydalı olan kakao yağı gündə 2 dəfə olmaqla çat olan hissəyə tətbiq edilir. Bu müalicənin yaxşı təsir etməsi üçün 2 ay müddətində edilməsi məsləhətlidir.

E vitamini yağı – Dərinin elastikliyini artıran E vitamini yağı onun bərkimiş hissələrinə tətbiq olunur. E vitamini gündə 2 dəfə dəriyə çəkilməlidir.

Zeytun yağı – Tərkibindəki antioksidan maddələrin köməyi ilə dəridəki çatların yox olmasına gətirib çıxarır. Zeytun yağını ilıq şəkildə dəriyə tətbiq edilməlidir.

Avokado yağı – A, D və E vitaminləri ilə zəngin olan avokado yağı dərinin hamar olmasını təmin etməklə bərabər elastikliyini də bərpa edir.

Lavanda yağı – Bədənin təbii quruluşunu qoruyaraq çatların sağaldaraq eyni zamanda da, sızanaqların da yaranmasının qarşısını alır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
292 260 310 299 268 263

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.