weher uwagi

weher uwagi Maraqlı 29-07-2024, 17:30

XX əsrin 30 illik möhtəşəm layihəsi - Avrotunel

XX əsrin 30 illik möhtəşəm layihəsi - Avrotunel
La-Manş – Fransa sahili (Pa-de-kale limanı) ilə İngiltərə adası (Folkston qəsəbəsi) arasında körfəzdir. 1994-cü ildən körfəzin altından uzunluğuna görə dünyada (İsveçrədə 1 iyun 2016-cı ildə açılmış Qotard (57,1 km) və Yaponiyada 13 mart 1988-ci ildə açılmış Seykan (53,85 km) tunellərindən sonra) üçüncü yeri tutan dəmiryol tuneli (ümumi uzunluğu 50,450 km olan ikiyollu dəmir yol tunelinin 39 km-i körfəzin altından keçir) – Avrotunel keçir.
XX əsrin 30 illik möhtəşəm layihəsi - Avrotunel


La-Manş altından tunel tikmə ideyası XVIII əsrin sonu – XIX əsrin əvvəlində yarandı. 1802-ci ildə fransız mühəndisi Alber Matye-Favye tunelin inşaası fikrini bildirdi. Layihəyə əsasən tunel yağ lampaları ilə işıqlanmalı və orada faytonlar getməli idi. Bu layihə I Napoleon tərəfindən Böyük Britaniya və Fransa arasında sülh müqaviləsinin bağlanması zamanı təklif olunmuşdu, lakin 3 ay davam edən (sentyabr-dekabr 1805-ci il) Üçüncü koalisiya müharibəsinə görə kağız üzərində qaldı.

1858-ci ildə Böyük Britaniya parlamenti La-Manş altından tunel tikmək təklifi ilə tanış olduqda, lord Palmerston (1784÷1865) bu cür səsləndi:

«Necə? Onsuz da qısa hesab etdiyimiz məsafənin qısaldılması üçün hələ vəsait istəyə bilirsiniz?»

1856-cı ildə başqa fransız mühəndis Tome de Qamond (1807÷1876) Fransa ilə İngiltərəni birləşdirmək üçün dəmiryol tunelinin inşaasını təklif etdi. Fransızlar razılaşdılar, ingilislər tərəddüd etdilər. Bu vaxt Qamond dünyada ilk London metropoliteni inşaatçılarından biri olan ingilis mühəndis Peter Barlou ilə məsləhətləşdi. Daha sonra, 1872-ci ildə Barlou və onun iş yoldaşı ser Con Hokşo aralığın tikilməsi üçün birlikdə maliyyə toplamağa başladılar. Fransız və ingilis parlamentləri tuneliin tikintisi haqqında eyni zamanda qərar qəbul etdilər. Maliyyənin olmaması səbəbindən layihə bir ildən sonra buraxıldı. 1881-ci ildə geoloji kəşfiyyat işləri aparıldı və 21 oktyabrda iki qazma maşın konstruksiyaları – biri ingilislər tərəfdən Duvr yaxınlığında, digəri fransızlardan Sanqatt şəhərində işə başladılar. 18 mart 1883-cü ildə tikindi dayandırıldı, belə ki, ingilislər hazır tunelin düşmənlərin Böyük Britaniya ərazisinə daxil olmasını asanlaşdırmasından ehtiyat edirdi. Bu vaxt ingilislər tərəfdən 2026 metr, fransızlar tərəfdən 1829 metr açılmışdı. 1922-ci ildə fəhlələr Folkston yaxınlığında qazma işlərinə başladılar. 128 metr başa çatdıqdan sonra, layihə siyasi səbəblərdən yenə də dayandırıldı.

İkinci dünya müharibəsindən sonra tunelin tikilmə ideyası yenidən yarandı. 1957-ci ildə, 1960-cı ildəki hesabatlarında iki əsas və onların arasında bir xidməti tunellərin açılmasını tövsiyə edən tədqiqat qrupu təşkil edildi. Layihə bəyənildi və 1973-cü ildə buraxıldı. 250 metr uzunluğunda sınaq tuneli açıldıqdan iki il sonra növbəti maliyyə problemlərinə görə o, yenə dayandırıldı. 1984-cü ildə Böyük Britaniya və Fransa hökumətləri əlavə şəxsi vəsaitlər cəlb edilmədikdə tikintinin mümkün olmayacağı qərarına gəldilər. Maliyyə itkiləri müntəzəm surətdə artırdı. Dörd təklifdən ən uyğun gələn 1973-cü ilin layihə planı seçildi. O, 20 yanvar 1986-cı ildə nəşr olundu. Hər iki hökumət 12 fevral 1986-cı ildə tunelin tikintisi üzrə Kenterberidə müqavilə imzaladılar və onu 1987-ci ildə ratifikasiya etdilər.

Layihə on üç min fəhlə və mühəndis qüvvəsi ilə yeddi ilə başa çatdıqdan sonra, tunelin 6 may 1994-cü ildə iştirakçı dövlət rəhbərləri – İngiltərə kraliçası II Yelizaveta (1926÷2022) və Fransa prezidenti Fransua Mitteran (1916÷1996) tərəfindən təntənəli surətdə açılşı oldu. Tunelin köməyilə Fransadan Londona cəmi 2 saat 15 dəqiqəyə çatmaq mümkün oldu; tunelin özündə qatarlar 20-35 dəqiqəyədək olurlar. Amerika İnşaat Mühəndisləri Cəmiyyəti Avrotuneli müasir dünyanın yeddi möcüzəsindən biri elan etdi. Avrotunelin operatoru Eurostar şirkətidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
298 272 257 239 256 281

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.