Klopp rəsmən karyerasını başa vurdu
"Liverpul"dan ayrılan Yurgen Klopp məşqçilik karyerasını başa vurub.
Bu barədə 57 yaşlı mütəxəsis özü məlumat yayıb. O, açıqlamasında deyib: "Bu gün məşqçilik karyeram başa çatdı. Bu qərarı bir anlıq düşüncə ilə verməmişəm. Dünyanın ən yaxşı klublarına baş məşqçilik etmişəm".
Qeyd edək ki, Klopp karyerası ərzində "Liverpul"dan başqa, "Ayntraxt"ın gənclərdən ibarət komandasına, "Maynts"a və Dortmund "Borussiya"sına da rəhbərlik edib. O, 2015-ci ilin oktyabrından ötən mövsümün sonunadək "Liverpul"un baş məşqçisi olub.
Klopp məşqçi kimi 2 dəfə Bundesliqanın, 1 dəfə Almaniya kubokunun qalibi olub. O, İngiltərə Premyer Liqasını, İngiltərə kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublarası dünya çempionatını da qazanıb.