ice berg

ice berg Şeirlər 8-08-2024, 22:22

Ürəyim

Ürəyim
Müəllif:Nəriman Həsənzadə

Ürəyim...


Niyə ağrıyırsan, nədir möhnətin?
Nəğməsi dilində qalan ürəyim.
Ey məni buz bilib yola getməyən,
Ey məni odlara salan ürəyim.

Mənim ola-ola mənə qənimsən,
Mənmi səninkiyəm, sənmi mənimsən!
Gah adi bir nöqtən, gah bədənimsən,
GAh bütöv bir dünyam olan ürəyim.

Göz doymur dünyadan, bu tamaşadan,
Bir yerdə vursaydıq ömrü başatan.
Ey mənim sinəmdə məni yaşadan,
Ey mənim əlimdə ölən ürəyim

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
361 343 345 339 325 307

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.