Şarl Bodlerin etüdləri "3"
İt və ətir
– Sevimli köpək, xeyirxah köpək, mənim əziz köpəkciyim, yaxın gəl, şəhərin ən yaxşı əttarından alınan bu gözəl ətiri iylə!
İt quyruğunu bulayaraq – məncə, bu, bu zavallı məxluqlarda gülüş, təbəssüm anlamına gəlir – yaxınlaşır, yaş burnunu maraqla açıq ətir şüşəsinə tutur, sonra qəfildən dəhşətlə geri atılıb sanki məzəmmətlə mənə hürür.
– Ah, bədbəxt köpək, əgər mən sənə peyin versəydim, onu ləzzətlə iyləyərdin, hətta bəlkə də, yeyərdin. Ey mənim kədərli həyatımın ləyaqətsiz müşayiətçisi, deməli, sən də kütləyə bənzəyirsən. Bu kütləyə heç zaman zərif ətir qoxulatmaq olmaz, xoş ətir kütləni qəzəbləndirir, ona diqqətlə seçilmiş tullantılar lazımdı...