Başqasından alınan borcun zəkatını vermək lazımdırmı?
Məlum olduğu kimi, zəkat verilməsi vacib olan əmlak bir il ərzində şəriətdə təyin edilən miqdara çatdıqdan sonra mal sahibinə zəkat vermək vacib olur.
Həmin miqdara şəriətdə nisab deyirlər. Zəkat o zaman vacib olur ki, malın sahibi bir il həmin əmlaka sahib olsun. Borcu bir ildən artıq müddətə alan və hissə-hissə deyil,
axırda bütöv şəkildə qaytarmağı vəd verən şəxs borcun sahibi sayılır və gərək onun zəkatını versin. Bir ildən artıq müddətə başqasına borc verən şəxs isə həmin müddət
boyunca o əmlakın sahibi sayılmır və ona görə də zəkatını verməyə məcbur deyil. Amma əgər borc sahibi borc verdiyi əmlakın zəkatını könüllü şəkildə verərsə, o halda
borc alanın öhdəsindən zəkat götürülər.







