n2006

n2006 Şeirlər 13-08-2024, 00:30

Yoxluğuna..

Yoxluğuna..
Hisslərimi oğurlayıb əlimdən,
Varlığımı yoxluğuna götürdün.
Bir qurtumluq sevgi umdum bu gecə,
Yoxluğunu varlığıma gətirdin.



Düşünmə ki, bu dünya da varam mən,
Varlığımda yoxa çıxıb itmişəm.
Varlığını arzulardım dünyada,
Heç olmasa yoxluğuna yetmişəm.



Yoxluğuna alışdığım sevgilim,
İllərdir ki, yoxluğundan keçirəm.
Varlığımı yığışdırıb bu gündən,
Mən də sənin yoxluğuna köçürəm.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 375 360 239 337 348

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.