the.babayeva

the.babayeva Şeirlər 18-08-2017, 19:27

Sevərək ayrıldıq sonunda....

Sevərək ayrıldıq sonunda....
Sevərək ayrıldıq sonunda....







Özümü edərək təkliyə düçhar ,
Sevgi zülmətində azıb, gedirəm.
Sən məni eylədin getməyə vadar,
Bu son sözlərimi yazıb gedirəm.


Qoyma ürəyinə qəm, kədər dolsun,
Silib unudarsan yağışla məni.
Günahkar sənsənsə, canın sağ olsun,
Günahkar mənəmsə, bağışla məni.


Gəl, bu həqiqəti qəbul et, barış,
Günahkar ya sənsən, ya mən, ya ürək
Sevginin yerini nifrət almamış,
Nə qədər gec deyil , ayrılaq gərək.


İlki sevinc olan bəxtsiz sevgimiz,
Tuş oldu kədərə, qəmə sonunda.
Qərarı ikimiz veririksə, biz
Bəs niyə ayrıldıq , demə sonunda.


Mənsiz açacaqsan hər gün səhəri,
Daim axtaracaq gözlərin məni,
Unut mənli olan xatirələri,
Çünki mənsiz həyat gözləyir səni.


Ovcumda buraxıb səadətimi,
Sənin xəyalınla yaşayacam mən.
Bu zəngin sevgimi, məhəbbətimi ,
Yaralı qəlbimdə daşiyacam mən.


Gec-tez unudarsan məni, səbr elə,
Adımı bir daha çəkməsin dilin,


İMZA:
Səndən uzaq ola-ola belə , SəNi canından çox sevən "sevgilin" _ULYA_



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
574 686 590 574 656 602

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.