Azer2

Azer2 İdman 15-08-2024, 17:10

"Ludoqorets" baş məşqçisi ilə yolları rəsmən ayırdı

"Ludoqorets" baş məşqçisi ilə yolları rəsmən ayırdı

Bolqarıstanın "Ludoqorets" klubunun baş məşqçisi Georgi Dermenciyev istefaya göndərilib.
Bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, klub rəhbərliyi "Qarabağ"a ağır məğlubiyyətdən istefa verən məşqçinin bu ərizəsini qəbul edib.

"Georgi Dermenciyev dünən məşqdən əvvəl futbolçularla vidalaşıb. Bu gün isə onun müqaviləsi rəsmən ləğv olunub" - deyə məlumatda bildirilib.

Komandaya müvəqqəti olaraq "Ludoqorets 2"nin baş məşqçisi Zaxari Sirakov rəhbərlik edəcək.

Xatırladaq ki, Razqrad təmsilçisi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda "Qarabağ"a qalib gəlsə də (2:1), evdəki cavab görüşündə 2:7 hesabı ilə uduzaraq həmin yarışda mübarizəni dayandırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 255 211 204 184 207

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.