Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg Moda.Dəb 20-08-2024, 23:00

Hansı rənglər bir-biri ilə daha uyğundur?

Hansı rənglər bir-biri ilə daha uyğundur?
Sun.Az xəbər saytı
Rənglərin insan psixologiyasına təsiri hamıya məlumdur. Onların ən çox işləndiyi yer isə geyimlərdir.

Paltar seçərkən onun görünüşünə diqqət etməklə yanaşı, həm də rənginə fikir veririk. Rənglər insanın əhval ruhiyyəsini qaldıra və ya onda ruh düşkünlüyü yarada bilər. Zövqlü insanlar da bəzən rənglərin uyğunlaşmasında çətinlik çəkir.

Geyiminizdə rəngləri bir-biri ilə uyğunlaşdırmaqda çətinlik çəkirsiniz?

O zaman loading.aZ sizə bir neçə rəng kombini tövsiyələrini təqdim edir:

Sarı - mavi
Sarı və parlaq mavinin birləşməsi sizdə sərt görünüş yarada bilər. Amma sarını açıq tonlu mavi rənglərlə birləşdirməyə çalışsanız, daha yumşaq bir harmoniya əldə edə bilərsiniz. Tünd mavi və tünd sarı tonlar da birlikdə çox yaxşı görünür.

Yaşıl – qırmızı

Yaşıl və qırmızını bir araya gətirdikdə çox parlaq görüntüyə səbəb olur. Bu rənglərin kombinasiyası ən ziddiyyətli birləşmələrdən biri kimi hesab olunur.

Sarı-yaşıl

Sarı və yaşıl rəng çarxında bir-birinə ən yaxın olan iki rəngdir. Buna görə də geyimlərdə nə qədər istifadə olunmasından asılı olmayaraq, bir-birini həmişə tamamlayır.

Yaşıl-bənövşəyi

Yaşıl və bənövşəyi həm tünd, həm də açıq tonlarla yaxşı gedir. Bu soyuq və isti rənglər arasında aralıq mövqe tutur.

Narıncı – mavi

Bu rənglərin birləşməsi çox cəsarətli və sevimli görünə bilər. Rənglərin parlaq tonları meydan oxuyarkən, mat tonları isə görünüşə biraz daha incəlik verir.

İstənilən bir rəng - müxtəlif çalarları

İstənilən bir rəng özünün müxtəlif çalarları ilə yaxşı uyğunlaşır. Tək rəngli tərz yaratmaq üçün bir rəng seçin. Daha sonra həmin rəngin çox açıq və ya tünd tonları ilə kombininizi tamamlayın. Dəri, xəz və güpür kimi müxtəlif teksturalı parçalardan istifadə etməklə daha maraqlı bir tərz yarada bilərsiniz.

İstənilən bir rəng – həmin rəngdə naxışlı parça

Ən uyğun rəng kombinlərindən biri də seçdiyimiz rəngin naxışlı parçalarla birləşdirilməsidir.
Belə kombinli rənglər bir çox geyimlərdə xoş görüntü yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
130 132 59 72 71 70

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.