ice berg

ice berg İdman 22-08-2024, 12:40

Qvardiola yaşıq işıq yandırdı: “Mançester Siti”yə qayıdır

Qvardiola yaşıq işıq yandırdı: “Mançester Siti”yə qayıdır
"Barselona"dan ayrılmağa hazırlaşan İlkay Gündoğan keçmiş komandası "Mançester Siti" ilə anlaşıb.

Loading.aZ bildirir ki, "The Athletic"də çıxan xəbərə görə, İlkay Gündoğan "Barselona"dan pulsuz ayrılacaq və "Mançester Siti" ilə 1+1 illik müqavilə imzalayacaq.

Bildirilib ki, Pep Qvardiola onun dönüşünə yaşıl işıq yandırdıqdan sonra təcrübəli yarımmüdafiəçi ilə danışıqlarda razılıq əldə olunub.

İlkay Gündoğan 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edib və İngiltərə klubunda 304 oyunda 60 qol vurub, 38 məhsuldar ötürmə edib.

2023-cü ildə müqaviləsi başa çatandan sonra "Barselona"ya imza atan 33 yaşlı futbolçu Kataloniya təmsilçisində 51 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 241 197 218 240 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.