n2006

n2006 Statuslar 25-08-2024, 23:30

Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.

Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.
Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.

SEVGI cana can qatmaq,sevgi zamansız var olmaqdir.
SEVGI ölmək, ya da öldürmək deyil, yaşamaq ve yaratnaqdır.
SEVGİ dəyər və ürəkdir bilənə, yaşayana və yaşadana...

Aşiq olmaq önəmli deyil...
Ömür boyu sevə bilməkdir mərifət...

Səbəbsiz sevməkdir eşq, səbəbi olmadan bağlanmaq birinə. Hətta qucaqlaya bilməməkdir utancdan, çünki utanmaqdır sevmək əslində.

Məhəbbət insanın öz həyatının bütün mənasını sevgilinin gözü ilə görməsidir.

Hər bir zərrəm aşiqdir hər bir zərrənə...

Məni xoşbəxt etməyə çalışma, mənimlə xoşbəxt ol.


Sevmək - başqasını xoşbəxtliyində öz xoşbəxtliyini tapmaqdır.

Zaman sanki Sən olmayınca keçmək bilmir, Sən olunca da bəs etmir.

Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir.

Sevgin gülüşündə gizlidir...

Uzaqlıq deyib də dərd etdiyin nədir ki, ey sevgili. Biz yaradanı görmədən sevmədikmi?

Ay kimi parlayan
Üzünü özlədim...




Bəzən ehtiyacı olur insanın, sevildiyini bilməyə..

Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizi hər şeyə rəğmən sevirlər.

Sevgilim mən Sənin adını ürəyimə yazmışam.
Allahdan tək diləyim adımı anlıma yazsın.

Görsən, xəyalımdakı səni, qısqanarsan..



Bəzən sənə baxanda bütün dərdlərimi unuduram.. Yaxşı ki, yoxsan..

Sevgi bir vergidir Allahdan gələn.
Uduzmaz heç zaman ürəkdən sevən.
Bəzən dərd olar, bəzən kədər.
Ancaq sevilən yox sevən dərd çəkər.

Hisslər aləminin ancaq bir qanunu var: gərək sevdiyin adamı xoşbəxt edəsən.

Mən eşqə kölə olanın deyil də, eşqi özünə kölə edənin qulu, köləsi olmuşam ..

Toxuna bilməyəcək qədər uzaq olsam belə, sevəcək qədər yaxınam sənə...

Hər yeni gün gözəldir..Çünki içində SƏN varsan..



Gecələr səni düşündüyüm qədər uzun olsaydı, onu bil ki heç zaman sabah olmazdı.

Bir sevgini anlamaq, bir ömür xərcləməkdir... Xərcləyəcəksən!

Sırf sevgilinin üzü gülsən deyə, bəzən axmaqlamağı gözə almaqdir eşq.

Qaçmaq istədikcə sənə tutuluram. Söndürmək istədikcə sənə yanıram.. Məğlub oldum! Yenə səni sevirəm.

Artıq ağlıma belə gəlmirsən. O qədər qəlbimdəsən ki.

İçimdə ikinci bir insan kimidir səni sevmək səadəti.

Sevirsənsə olduğu kimi sev.




Əslində bütün insanları sevə bilərdim, sevməyə səndən başlamasaydım.

Sevgili dediyin qoluna deyil, ürəyinə yaraşmalı.. Və elə gəlib keçici bir həvəs deyil, sonsuza qədər nəfəsin olmalı!

Bəlkə də eşq, Ona "səni çox sevirəm" demək deyil də, özünə "birini çox sevirəm" deyə bilməkdir.

Sevilənin qüsurlarını xoş görməyən sevmir deməkdir.

Gözlərimdə sənin təbəssümünün rəngi var...

Nə qüsursuz insan axtar, nədəki insanda bir qüsur.

Bir insanı sevmək , onu qüsurları və yanlışları ilə qəbul etmək demək...

Gülün tikanı var deyə kədərlənəcəyinə, tikanın gülü var deyə sevin.




Heç toxunmadığın birinə aşiq ola bilirsənsə, sən eşqi yaşamağa layiqsən.

Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə qalxsan aşa bilməzsən onu.

Bu şəhəri sevməyimin səbəbi; Küncü dönəndə səninlə qarşılaşma ehtimalımdır.

Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə.

İşığı heç kim kor qədər sevə bilməz.

Bəzi yaralar yalnız sevgiylə sağalar...

Kəşf edilməmiş, oxunmamış bir şeir kimisən..Mənalı, İncə və gözəl...



Həqiqi aşiqləri nəinki məsafələr, heç ölüm də ayıra bilməz.

‎ "O da sənin kimi sevirmi?" dedilər. Cavab verə bilmədiyim tək sual bu idi...

Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək?

Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.

Deyirlər ki, eşq birinə səni məhv etmə qüdrəti verib, bunu istifadə etməyəcəyinə güvənməkdir.

Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgini yaşamaqdır.


Küsmək və incimək üçün bəhanələr axtarmaq yerinə, sevmək və sevilmək üçün çarələr axtaraq...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
173 149 97 117 106 83

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.