Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Moda.Dəb 28-08-2024, 09:00

Niyə qadın və kişi geyimləri müxtəlif istiqamətlərdə düymələnir?

Niyə qadın və kişi geyimləri müxtəlif istiqamətlərdə düymələnir?
Sun.Az xəbər saytı
Niyə qadın və kişi geyimləri müxtəlif istiqamətlərdə düymələnir? Yəqin ki, hamını olmasa da, bir çox adamı bu sual vaxtaşırı düşündürür. Bu məsələdə müxtəlif dövrlərdə çeşidli məlumatlar yayılsa da, kişi və qadın geyimlərinin müxtəlif istiqamətlər üzrə bağlanmasının izahına dair 3 əsas versiya var. Beləliklə, həmin versiyaları sizə təqdim edirik.



1. Qadın geyimlərinin müxtəlif istiqamətlərdə bağlanması orta əsrlərə söykənir. Onda Avropada düymələr bəzək əşyaları kimi istifadə edilirdi və bahalı metallardan hazırlanırdı. Fil dişi, gümüş və qızıldan hazırlanan düymələr cəmiyyətdə yüksək təbəqəni təcəssüm etdirirdi. Belə israfçılığı yalnız adlı-sanlı ağalar özünə rəva görə bilərdilər. Nəcib qadınların isə o zaman müstəqil geyinməsi qəbul edilmirdi, bu barədə qulluqçuları onlara kömək edirdilər. Qulluqçular üçün düymələri sağ tərəfdən bağlamaq daha rahat idi. Bu, geyimlərdə isə onlar sol tərəfdən tikilirdi.

Kişilər, hətta adlı-sanlı insanlar çox zaman özləri geyinirdilər, ona görə də düymələrin sağdan tikilməsi daha asan idi. Bundan başqa, Avropa zadəganlarına o vaxtlar tez-tez müharibə etmək lazım gəlirdi. Və lazım gələrsəsilahlanmaq tələb olunurdu, kişilərin sağ əlini sol açıq paltar altında qızdırmaq imkanı vardı, hansı ki, silahı o əli ilə saxlayırdılar.

2. Başqa bir versiyaya görə, qadın və kişi köynəklərini qarışdırmamaq üçün düymələri müxtəlif tərəflərdən tikirdilər.

3. Üçüncü versiyaya görə isə əmizdirən analara körpəni sol əli ilə tutub və solla yedirdmək daha asan idi. Sağ əli isə digər işlərin öhdəsindən gələ bilmək üçün azad olmalı idi. Bu zaman sağ əllə həm də uşağı soyuqdan qorumaq daha əlverişli idi.

Qədim Rus dövlətində kişi köynəkləri sol tərəfə bağlanırdı. Tuniklər də XX əsrin 1-ci yarısına qədər sola bağlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
109 114 52 49 53 52

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.