HASANLY

HASANLY İdman 28-08-2024, 12:06

Polina Rəhimova yenidən Braziliya liqasında çıxış edəcək

Polina Rəhimova yenidən Braziliya liqasında çıxış edəcək
Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliyanın "Osasko" klubuna qoşulub.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin voleybolçusunun Braziliyaya qayıdışı hələ iyunda dəqiqləşmişdi.

Lakin İndoneziyanın "Qresik Petrokimiya" klubunda çıxış edən, ardınca istirahətə yollanan hücumçu yalnız indi "Osasko"nun düşərgəsində qoşulub. Polinanın komandanın heyətindəki ilk məşqi də diqqətdən kənar qalmayıb. Braziliya çempionatının liderlərindən biri olan "Osasko"nun rəsmi səhifəsində "O, gəldi!!!" başlıqlı yazı yerləşdirilib.

Qeyd edək ki, Rəhimovanın Braziliya liqasında oynamaq təcrübəsi var. O, iki mövsüm "Sesi Volley"in şərəfini qoruyub. "Osasko" voleybolçumuzun peşəkar karyerasında 15-ci klub olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
260 258 220 195 223 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.