n2006

n2006 Maraqlı 5-09-2024, 18:22

Barmaq izlərimiz nə üçün təkrarsızdır?

Barmaq izlərimiz nə üçün təkrarsızdır?
Barmaq izlərimiz nə üçün fərqlidir ?

Bəşəriyyət tarixi boyunca heç bir insanın barmaq izi digər bir insanın barmaq izi ilə eyni olmamışdır. Bu fərqlilik istisna deyil, əslində normal bir haldır.

Barmaq izlərinizə fikir versəniz valideynlərinizin barmaq iziylə bəzi oxşar formalar olduğunu görə bilərsiniz.

Bunun səbəbi genlərimizdə yatır.

İnsan genlərini onun gözlərinin rəngini, burun formasını və digər əlamətləri bəlli edir. Ancaq əsas məsələ genlər insanın dərisinin nə vaxt və hansı sürətlə böyüməyini də müəyyən edir. Hələ doğulmamışdan öncə, ana bətnində insanın barmaqları və ovcu müəyyən sıxılmalara məruz qalır. Bu sıxılmalar dərinin müəyyən hissələrində çıxıntılar yaradır və bunun nəticəsində də barmaq izləri yaranır. Barmaq izlərinin fərqli olmasına səbəb isə bu sıxılmaların heç birinin eyni dərəcədə olma ehtimalının olmamasıdır.

Bu sıxılmaların eyni dərəcədə olmaması təkcə barmaq izinə deyil, insanın özünə, düşüncə tərzinə və fiziki quruluşuna da müəyyən təsirləri vardır. Bunun nəticəsidir ki, bəzi insanlar oxşar görünsə də, heç bir cəhətdən eyni deyildir.

Fərqli barmaq izlərinə sahib olan canlılar təkcə insanlar deyil. Koalalar və şimpanzelər də fərqli barmaq izlərinə sahib olurlar.

Alimlər güman edir ki, itlərdə və pişiklərdə burun izləri də fərqli quruluşa sahibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
303 249 213 213 230 169

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.