Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 8-09-2024, 09:00

"Biznes ledi"lərin ətir seçimi

"Biznes ledi"lərin ətir seçimi
Sun.Az xəbər saytı
İşgüzar xanımın parfum seçiminə tək şəxsi bəyəndiyi ətirlər yox, həm də ki etiket qaydaları təsir edir: Ətir çox boğucu, kəskin, seksual və ya əyləncəli olmamalıdır. Bəs "biznes ledi" ətri necə olmalıdır?
Nə qədər məşğul, işguzar və sərt görsənməyindən asılı olmayaraq, bu obrazı xüsusi seçilmiş ətirsiz təsəvvür etmək olmaz. Parfum - xüsusi seçilmiş stilin son akkordu kimidir və həmsöhbətinizə təsir gücünə malikdir. Düzdür, ətirlərin düzgün seçimi barədə etiket qaydaları var, amma hər halda, hər bir xanımın seçimi individual və özünə məxsus olur. Bu onun zövqündən və şəraitdən asılıdır.
Parfum kolleksiyanızın əsas hissəsini yüngül, neytarl kompozisiyalı - tərkibində sitrus və ya dəniz notları olan ətirlər təşkil etməlidir. Çox təsirli, cəlbedici, seksual ətirlərdən imtina etmək məsləhətdir. Çox şirin, ədviyyatlı və kəskin çiçək qoxuları da məsləhət görülmür. Ekspertlər bir neçə variant təklif edirlər: Fərqli notlu və çox eleqant ətirlər. Misal üçün, təkrar olunmaz Hugo Boss brendindən - Boss Woman və ya Cacharel brendindən incə və zərif Noa ətri. Əlbəttə, hər bir xanımın öz seçimi var. "Biznes ledi" üçün ən böyük parfum seçimi fransız moda evi Hermes tərəfindən təqdim olunur: Un Jardin sur le Nil və ya Voyage d’Hermes - stil, ləyaqət, aristokratiya nümunəsi - bir şedevr hesab oluna bilər.
Öz zövqünüzə uyğun seçim etməkdən əlavə, həm də olacağınız məkanı nəzərə almaq lazımdır. Ofis üçün seçilmiş ətir bir az sərt olmalıdır. Amma işgüzar xanımın həyatı təkcə ofisdə keçmir: onun həyatında eyni zamanda iş görüşmələri, iş səyahətləri, iclaslar da vardır. Əməkdaşlarla axşam yeməyində təbii ki, daha fərqli ətirlərdən istifadə olunmalıdır. Eyni zamanda havanı və fəsilləri də nəzərə almaq lazımdır. Qış ətirləri daha isti və şirin ola bilər. Yay ətirləri isə sitrus meyvələri, təravətli və dəniz notları olan ətirlər olur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
143 107 159 160 124 150

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.