Sun.Az - Həyat Hekayəni Yarat
reklam
n2006

n2006 Kosmetologiya 11-09-2024, 17:00

Üzünüzdə sızanaq ləkələri var?

Üzünüzdə sızanaq ləkələri var?
Sun.Az xəbər saytı
Üzdə sızanaq olması qadınları ən çox narahat edən amillərdən biridir. Bunun qarşısını almaq üçün sadə üsulları sizə təqdim edirik:
Xiyar
Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir. Ona gözəlliyin açarı da demək olar. Əksər üz və saç baxımı maskalarının hazırlanmasında xiyardan istifadə olunur.
Bal
Bal da sızanaq izlərindən xilas olmaq üçün effektli vasitələrdən biridir. Balı təmiz dəriyə tətbiq edib istədiyiniz qədər saxlayın, daha sonra su ilə yuyub qurulayın. Qısa müddətdə sızanaq izlərindən xilas olacaqsınız.
Yumurta ağı
Yumurtanın ağını bir qaba qoyun və incə qat şəklində üzə tətbiq edin. 30-45 dəqiqə gözlədikdən sonra yuyun. Qısa müddətdə izlərdən qurtulacağınızı görəcəksiniz.
Aleo vera
Aleo Vera bitkisi keçmiş zamanlardan insanların güvənərək istifadə etdiyi bir vasitə olub. Bu bitki yaraları və yara izlərini yaxşılaşdırmaqda əla vasitədir. Tərkibində aloe olan sızanaq kremlərindən istifadə etmək köməyinizə çatacaq və dəriniz düzəlməyə başlayacaq.
Alma sirkəsi
Alma sirkəsi tək qarın əritmək üçün deyil, sızanaqlar üçün də effektli təsirə malikdir. Təmiz üzünüzə sızanaq izləri olan hissələrə alma sirkəsi sürtün və yarım saat gözləyin. Bu, həm qırışların qarşısını alacaq, həm də daha hamar dəriyə sahib olmağınıza şərait yaradacaq. Hər gün tətbiq etsəniz, tez bir zamanda təsirini görəcəksiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
132 154 146 148 149 156

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.