HASANLY

HASANLY İdman 12-09-2024, 16:46

Bundesliqanın sürət rekordu qırıldı

Bundesliqanın sürət rekordu qırıldı
"Haydenhaym" klubunun futbolçusu Serlord Konte komanda ilə çıxdığı ikinci görüşdə adını Bundesliqa tarixinə yazdırmağı bacarıb.

Loading.Az Oxu.Az-a isitnadən xəbər verir ki, "Auqsburq"la oyunun 85-ci dəqiqəsində sprint edərək maksimal sürəti 36,67 km/saata çatdıran hücumçu "sürət kralı" adlandırılan "Borussiya Dortmund"un ulduz futbolçusu Kərim Adeyemini qabaqlayıb.

Kərim Adeyemi isə 2022/23 mövsümündə "Frayburq"la oyunda 36,65 km/saat sürət yığıb və o vaxta qədər Bundesliqanın ən sürətli oyunçusu olub.

Qeyd edək ki, Konte bu mövsüm "Paderborn"dan 700 min avro qarşılığında "Haydenhaym"a keçib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 265 214 225 251 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.