cabir

cabir Xəbərlər 13-09-2024, 15:00

Lukaşenkodan XƏBƏRDARLIQ: Zelenskini onlar aradan götürəcək

Lukaşenkodan XƏBƏRDARLIQ: Zelenskini onlar aradan götürəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Vladimir Zelenskinin ukraynalı agentlər tərəfindən aradan götürülməsi ehtimalı ilə bağlı xəbərdarlıq edib. Sun.Az Publika.az-a istinadən xəbər verir ki, Belarus lideri bu barədə Rusiya telekanallarından birinə müsahibəsində bildirib və müsahibədən bir parça mediada dərc olunub.

O, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun icraçı olacağını deyib.

"Siz (Vladimir Zelenski) sevinməyin, xalqınız üçün xain olacaqsınız. Və sonda eyni Kirill Budanov kimisə göndərəcək - xain kimi aradan götürüləcəksiniz. Hamısı budur", - Lukaşenko telekanala müsahibəsində vurğulayıb.

Lukaşenko Zelenskinin ABŞ və Böyük Britaniyanın dəstəyinə arxalanmaması fikrini də dilə gətirib və Ukrayna liderinin Qərbə köçmək təklifini qəbul edəcəyi təqdirdə xalqı üçün satqın olacağını deib.

Lukaşenko bir qədər əvvəl İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna üzrə danışıqların bərpasının zəruriliyindən danışıb və bunun münaqişənin sonrakı həlli üçün münasib əsas ola biləcəyini vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
226 289 195 177 206 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.