Uşağınız ilk dəfə məktəbə gedəcəksə, bu yazı sizin üçündür
Valideynlərin uşaqlar qarşısında sakit və gərginlikdən uzaq olması çox vacibdir. Valideynlərin emosional vəziyyəti bir növ övladlarını əks etdirir, çünki bu halda valideynlərin sakit olması və narahatlıqlarını idarə edə bilməsi çox vacibdir.
Məktəbə başlamazdan əvvəl uşaqlara məktəb və müəllim haqqında real məlumatların verilməsi, məktəbdə bir günün necə keçəcəyini izah etmək və məktəbə əvvəlcədən baş çəkmək çox faydalı olacaq, uşaq məktəb haqqında kifayət qədər məlumat əldə edəcək, həyacanı azalacaq.
Məktəbə yeni gələn uşaqların məktəbə asanlıqla uyğunlaşmasının ilk şərti onlara qayğı göstərən şəxslə (ana, nənə, baxıcı kimi) etibarlı bağlılıq yaratmaqdır. Məktəbin ilk günündə uşaqların qaldıqları yerdə təhlükəsiz olacaqlarını hiss etmələri çox vacib bir məsələdir.
Məktəbli forması və dərs ləvazimatları ehtiyacları üçün birlikdə alış-veriş etməkdən həzz almaq və uşağa seçim şansı vermək də uşağı məktəbə həvəsləndirəcək, uşaqda məktəb haqqında müsbət hisslər və düşüncələr formalaşdıracaq.
Məktəbə daha yaxşı hazırlaşmaq üçün 1 həftə əvvəldən düzgün qaydalar tərtib edilməlidir. Beləliklə, uşaq ilk dərs günündə həmin qaydalara öyrəşəcək və bu, onun üçün ilk günü daha normal hala gətirəcək və stressini azaldacaq.
Məktəbə başlamazdan bir gün əvvəl uşağa məktəbdə nə baş verəcəyini aydın və başa düşülən şəkildə izah etmək olar. Bu sayədə uşaq ilk gün qarşılaşacağı vəziyyətlərə daha hazırlıqlı olacaq və bu onu sakitləşdirəcək.
Uşaqlar üçün ilk dərs gününü mümkün qədər normal və adi etmək də faydalıdır. İlk gün üçün onlara qeyri-adi hiss etdirə biləcək hazırlıqlar etmək uşaqlarda narahatlıq və stress yarada bilər.
Məktəbə getdiyiniz zaman əvvəlcə məktəb ətrafında qısa bir tur keçirə və onları dostlarına “salam” deməyə təşviq edə bilərsiniz.
Ayrılıq narahatlığı yaşayan uşaqların bu vəziyyətlə sağlam şəkildə öhdəsindən gəlmələri üçün vidalaşmaq çox əhəmiyyətlidir. Bununla belə, vidalar qısa və emosional olmamalıdır. Bu məqamda valideynlərin vidaları ağrılı etməməsi çox vacibdir.
İlk həftələrdə məktəb və müəllim haqqında söhbət etmək faydalı olacaq. Lakin uşaqdan bu məsələlərlə bağlı məlumat almaq üsulu sorğu-sualdan uzaq olmalıdır. Burada uşağın diqqətlə və tənqid edilmədən dinlənilməsi vacibdir.
Bundan əlavə, ilk gündən valideyn-məktəb və valideyn-müəllim münasibətlərinin əhəmiyyəti də nəzərdən qaçırılmamalıdır. Zəruri hallarda həm uyğunlaşma mərhələsində, həm də gələcək mərhələlərdə qarşılıqlı məlumat verməklə birlikdə iş aparılmalıdır.