cabir

cabir Məşhurlar 16-09-2024, 16:30

"Vəzifə versələr, heç vaxt getmərəm" - Bəhram Bağırzadə

"Vəzifə versələr, heç vaxt getmərəm" - Bəhram Bağırzadə
Tanınmış aktyor, rejissor, naşir, Əməkdar artist Bəhram Bağırzadə "Report"a verdiyi müsahibəsində "İşdən çox iş var, gərək, lömbələrini qaldırıb, işləsinlər" deməsinə görə sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib. Sun.Az xəbər verir ki, B.Bağırzadə Pravda.az-a açıqlamasında deyib ki, iş var və olacaq: "O işi insan özü fikirləşməlidir, tapmalıdır və işləməlidir. İndi üç işdə çalışıram, vaxtım yoxdur, məni üzrlü sayın..."

Əməkdar artist vəzifə xatirinə belə açıqlamalar verdiyini deyənlərə isə belə cavab verib: "20-30 il bundan qabaq da, 10 il qabaq da vəzifədə işləyə bilərdim, amma həmişə imtina etmişəm. Çünki özümü azad insan hiss etmək istəyirəm. Bundan sonra da vəzifə versələr, heç vaxt getməyəcəyəm. Bunu sizə 100% deyə bilərəm. Allah mənə böyük vəzifə verib. Uşaqları, balaca oxucularımı maarifləndirirəm. Fəxr edirəm ki, bu işlə məşğul oluram. Və işimi sevirəm. Bu dünyada mənim üçün bundan böyük vəzifə ola bilməz!"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
251 266 229 223 208 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.