HASANLY

HASANLY İdman 20-09-2024, 13:28

ÇL: Liqa mərhələsinin ilk turundan sonra turnir cədvəlində vəziyyət

ÇL: Liqa mərhələsinin ilk turundan sonra turnir cədvəlində vəziyyət
UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk turun oyunları başa çatdıqdan sonra turnir cədvəlində komandaların qərarlaşdığı pillələr bəlli olub.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, aktivində hərəyə üç xalı olan "Bavariya", "Seltik", "Bayer Leverkuzen", "Aston Villa", "Borussiya Dortmund", "Sparta Praqa", "Liverpul" və "Yuventus" ilk səkkizlikdə qərarlaşıblar.

Aktivinə üç xal yazdıran digər komandalar "Real Madrid", "Sportinq", "Benfika", "Monako", "Brest", "Atletiko Madrid" və PSJ 9-15-ci sıraları bölüşürlər.

Hərəyə bir xalı olan "Arsenal", "Mançester Siti", "Boloniya", "İnter", "Atalanta" və "Şaxtyor" isə 16-21-ci sıralarda qərarlaşıblar.

Xalsız olan "Barselona", "Leypziq", "Srvena Zvezda", "Jirona", PSV, "Ştutqart", "Milan", "Lill", "Zalsburq", "Brügge", "Yanq Boyz", "Slovan Bratsilava", "Feyenoord" və "Dinamo Zaqreb" isə 22-36-cı yerləri bölüşürlər.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ikinci turun görüşlərinə oktyabrın 1-də start veriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 224 219 263 246 203

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.