Diablo

Diablo Programlar 25-09-2024, 13:30

“Instagram”dan möhtəşəm YENİLİK

“Instagram”dan möhtəşəm YENİLİK
“Instagram” sosial şəbəkəsi “hekayə” bölməsində müvəqqəti paylaşımlara şərh yazmaq imkanı əlavə edib.

Bu barədə “The Verge” xəbər yayıb.

Əvvəllər, əgər istifadəçi “hekayə”yə cavab verirdisə, “Instagram” bunu yalnız məzmunu paylaşan şəxsə görünən şəxsi mesaj kimi göndərirdi.

Məlumata görə, yenilikdən sonra “hekayə”yə hər kəsə açıq şərh yaza bilərlər, ancaq bu yalnız postun müəllifini izləyənlər və müəllifin abunə olduğu insanlar üçün əlçatan olacaq.

“Hekayə”lər kimi, şərhlər də müvəqqətidir və 24 saata qədər davam edəcək. İstifadəçilər paylaşdıqları hər hansı bir “hekayə” üçün şərhləri aktivləşdirmək və ya söndürmək imkanına malik olacaqlar.

Hekayə postunun müddəti bitdikdən sonra şərhlərin arxivləşdirilib-arxivləşdirilməyəcəyi açıqlanmayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 366 272 251 288 309

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.