cabir

cabir Xəbərlər 30-09-2024, 12:27

Rusiya sakini pişiyə "güvəndi": Lotereyada böyük məbləğdə supermükafat uddu

Rusiya sakini pişiyə "güvəndi": Lotereyada böyük məbləğdə supermükafat uddu
Rusiyanın Smolensk şəhərində lotereyada böyük məbləğ udan kişi bir neçə gün əvvəl yuxusunda pişik görüb və pişiyin ona maddi uğur barədə proqnoz verdiyini iddia edir. Sun.Az oxu.az-a istinadən xəbər verir ki, camaat arasında belə yuxular maliyyə uğurunun əlaməti hesab edilir.

Məlumata görə, tirajda 140 milyon rubl (2 milyon 500 min manatdan çox) məbləğində supermükafat qazanan kişi üç ildir ki, lotereyalarda iştirak edir.

"Qələbədən bir neçə gün əvvəl yuxumda pişik gördüm və o, bütün mənzili çirkləndirmişdi", - deyə kişi qeyd edib.

Təzəliklə milyonçuya çevrilən kişi özünün avtomobil nəqliyyatı sahəsində biznesinin olduğunu bildirib. O, qazandığı məbləği böyük torpaq sahəsi olan bağ evinin alınmasına xərcləməyi planlaşdırır.

Onun sözlərinə görə, çoxdan belə bir arzusu olub, lakin indi bunu reallaşdırmaq üçün əlindəki əmlakı satmağa ehtiyac qalmayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
221 237 179 237 233 194

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.