HASANLY

HASANLY İdman 11-10-2024, 13:28

Erlinq Holand Norveç millisində rekorda imza atıb

Erlinq Holand Norveç millisində rekorda imza atıb
Norveç seçməsinin heyətində 34-cü dəfə fərqlənən Erlinq Holand milli komandada rekorda imza atıb.

Loading.Az xəbər verir ki, Sloveniya seçməsi ilə görüşdə dubla imza atan Erlinq Holand bununla da Yörgen Yuveni arxada qoyub (33).

24 yaşlı hücumçu 3:0 hesabı ilə yekunlaşan qarşılaşmanın 10-cu və 62-ci dəqiqələrində fərqlənib. Erlinq 34 qol həddinə 36-cı oyunda çatıb. O bu göstərici üzrə də millinin rekordçusu olub.

Qeyd edək ki, Holand 2019-cu ildən Norveç millisinin şərəfini qoruyur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 238 239 221 227 202

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.