HASANLY

HASANLY İdman 12-10-2024, 14:13

FIFA "Barselona"ya 6 milyon avro təzminat ödəməli olacaq

FIFA "Barselona"ya 6 milyon avro təzminat ödəməli olacaq
Bir ilə yaxındır zədədən əziyyət çəkən Qaviyə görə "Barselona" Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FIFA) böyük məbləğdə təzminat ala bilər.

Loading.Az xəbər verir ki, "Mundo Deportivo" təzminat məbləğinin azı 6 milyon avro olacağı barədə məlumat yayıb.

Milli komandaların oyunlarında futbolçuların aldığı zədələrə görə klublara pul ödəyən FIFA 20 yaşlı yarımmüdafiəçinin xəstəxanada keçirdiyi hər gün üçün kataloniyalılara 20 min avroya yaxın pul verəcək.

Qeyd edək ki, Qavi ötən ilin noyabrında İspaniya millisinin Gürcüstanla oyununda zədələnib və dizinin çarpaz bağları sıradan çıxdığı üçün əməliyyat olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
276 239 241 229 203 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.