HASANLY

HASANLY İdman 12-10-2024, 16:01

Mesut Özil "Zirə" klubunun qonağı olub

Mesut Özil "Zirə" klubunun qonağı olub
Almaniya milli komandasının türkəsilli sabiq futbolçusu, dünya çempionu Mesut Özil "Zirə" klubunun qonağı olub.

"Report" xəbər verir ki, görüşdə Bakı təmsilçisinin Müşahidə Şurasının sədri Orxan Məmmədov və əsas komandanın baş məşqçisi Rəşad Sadıqov iştirak ediblər.

Keçmiş yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandası ilə görüşüb və futbolçulara öz tövsiyələrini verib.

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
242 233 197 228 225 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.