Azra

Azra Müxtəlif 24-08-2017, 13:17

Ateizm

Ateizm


Praktik ateizm

Bu görüşə görə tanrının varlığı inkar edilmir, amma ona önəmsiz və lazımsız bir yer verilir. Praktik ateizmə görə, tanrı nə bu dünyaya müdaxilə edir, nə həyata hər hansı bir məqsəd qatır, nə də hər gün sizə təsir edir.

Nəzəri ateizm

Nəzəri ateizm, teizmin qarşısına aydın olaraq tezis qoya bilən ateizm növüdür. Bu tezislər ontoloji, epistemoloji, psixoloji, sosioloji, iqtisadi ve məntiqi ola bilər.

Teorik Ateizm [2]

Ateizmin birinci yanaşmasından bir az fərqli olaraq “Tanrı´nın varlığını rədd etmək” şəklində də təyin olunmuşdur. Əslində ateizm deyilincə ağla bu tərif gəlir. Fəlsəfədə əhəmiyyətli olan və Tanrı inancına ağır tənqidlər yönəldən ateizm forması da budur. Yəni düşünərək müzakirə edərək zehini bir səylə Tanrının varlığını rədd etmək və əlaqədar iddiaları çürütməyə çalışmaqdır.

Nəzəri ateizm də deyilən bu anlayış istiqamətində dindarların iddiaları və Tanrının varlığı lehində gətirdikləri dəlillər tənqid mövzusu olmuş, bu müddətdə Tanrı´nın varlığını çürütməyə qarşı tezislər irəli sürülmüşdür.

Nəzəri ateizmdə Tanrı´nın varlığı inkar edilməklə qalınmamış, bu anlayışla əlaqədar olaraq gündəmə gələn möcüzə, vəhy, peyğəmbərlik, müqəddəs kitab, ölümsüzlük və axirət həyatı kimi inanclar da tənqid olunmuş və rədd edilmişdir. Ayrıca bu cür bir ateizmdə yalnız teistik Tanrı anlayışı hədəf alınmamış, bunun yanında mistik, mifoloji, transandantal və ya antropomorfik anlayışlarla, panteizm və deizm kimi, bir şəkildə Tanrı inancına yer verən digər məktəblər də rədd edilmişdir.[color]

Materializm

Özündə fəlsəfi bir problem olan ateizm bəzən də ideoloji bir qanun olaraq müdafiə olunmuş və siyasi bir qəbul halına gəlmişdir. Xüsusilə Karl Marx, F. Engels (1820-1895) və V. I. Leninin (1870-1924) fikirlərindən hərəkatla qurulan sosialist rəhbərliklərdə ateizm, kommunist partiyaların propaqanda vasitəsi olaraq istifadə edilmişdir. Köhnə Sovetlər Birliyində və hələ bəzi ölkələrdə ateizm Marxist və Leninist dünya görüşünün ayrılmaz bir parçası olaraq görülmüş və “elmi ateizm” adıyla təqdim edilmişdir.

Laqeyd Ateizm

Bir qisim mütəfəkkirlər, Tanrının varlığını və ya yoxluğunu müzakirə mövzusu etmədən, bu mövzulara uzaq dayanmağı seçmişlər. Bu cür ateistlərə görə insan, yalnız mövcud olanla kifayətlənməli, görünən aləmin kənarına maraq duymamalıdır. Başqa sözlə dünyanın kənarındakı hər hansı bir varlıq haqqında müsbət ya da mənfi bir mühakimədə olmağa ya da danışmağa çalışmaq mənasız bir iş etmək olacaq.

Neqativ və pozitiv ateizm


Corc H. Smitin klassifikasiyasına görə, ateizmin "neqativ ateizm" (və ya "zəif ateizm") və "pozitiv ateizm" (və ya "güclü ateizm") olaraq iki növü var.

Neqativ ateizm, tanrının var olmasını prinsip olaraq mümkün sayır, var olduğuna dair heç bir səbəb tapılmadığı üçün allahı inkar edir.

Pozitiv ateizm isə, tanrının varlığını, tanrı anlayışının özündə ziddiyyətlər daşıdığı və ya absurd olması səbəbilə mümkünsüz sayır.[3]

Neqativ ateizmdə bir iddia yoxdur, sadəcə bir rədd var. Pozitiv ateizmdə isə həm inkar, həm də qarşı iddia var. Pozitiv ateistin yanaşması "Tanrının var olması mümkün deyil" şəklindədir.

İkisi də nəticədə allah anlayışını inkar etmək nöqtəsində birləşdiyi üçün, "Ateizm" başlığı altında təsvir edilir, ikisinin ortaq nöqtəsi olan "tanrıya olan inamsızlıq" işlədilir. Çünki bu inamsızlığın səbəbi nə olursa olsun, istər dəlil çatışmazlığı, istər tanrı anlayışının anlamsızlığı və ya absurdluğu, istərsə tanrı anlayışı ilə heç vaxt qarşılaşmamış olmaq, hamısının ortaq nöqtəsi insanda ilahi inancının var olmamasıdır
.


Redaktə etdi: Kukulka

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
732 657 676 632 717 680

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.