HASANLY

HASANLY İdman 21-10-2024, 12:00

Rusiyalı qolkiper Lionel Messini qabaqlayıb

Rusiyalı qolkiper Lionel Messini qabaqlayıb
Moskvanın ÇSKA klubunun təcrübəli qolkiperi İqor Akinfeyev bir klubda keçirdiyi matçların sayına görə Lionel Messini qabaqlayıb.

Loading.Az Oxu.Az-a isitnadən xəbər verir ki, Akinfeyev Rusiya Premyer Liqasının (RPL) 12-ci turunun ÇSKA - "Dinamo Mahaçqala" (1:0) görüşündə iştirak edərək, karyerasında 779-cu dəfə "qırmızı-göylər"in heyətində meydana daxil olub. Lionel Messi "Barselona" forması ilə 778 oyun keçirib.

Xatırladaq ki, bir klubda ən çox oyun keçirən rekordçu "Mançester Yunayted"də 963 görüşdə meydana çıxan Rayan Giqqzdir.

Qeyd edək ki, Akinfeyev bütün karyerasını Moskva klubunda keçirib. O, ÇSKA ilə altı dəfə Rusiya çempionu, yeddi dəfə Rusiya kubokunun, yeddi dəfə ölkə Superkubokunun, eyni zamanda UEFA Kubokunun qalibi olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 246 191 222 182 166

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.