n2006

n2006 Hekayələr 24-10-2024, 16:00

Tuta bilmədiyim iki adam

Tuta bilmədiyim iki adam
Elə həqiqətlər var ki, kimisə ona inandırmaq kifayət etmir. Bəzi həqiqətləri hiss etdirmək də lazım gəlir.
Şarl Lui Monteskyö
Həyat və yaradıcılığına azdan-çoxdan bələd olduğum yazıçıların niyə yazdıqlarını, nə üçün yaşadıqlarını, həyatdan nə istədiklərini aşağı-yuxarı tuta bilmişəm. Tutmaqda olmazın çətinliyin çəkdiyim iki adam var. Bu iki adamdan biri Jan Jak Russodur.
Puşkin küçəsində yerləşən yeraltı keçidin yaxınlığında qoca bir kişi köhnə kitablar satır. Hər dəfə o qoca kişini görəndə xəcalət çəkirəm. Qotur bir yazını yazıb qurtarana qədər canım çıxır. Yazmamaq, işdən yayınmaq üçün özüm özümə min bəhanə uydururam, nə qədər mümkünsə günü günə satıram. Bu qoca kişi isə yay, qış, isti, soyuq demədən allahın hər günü yalan olmasın az qala bir yük maşını kitabları səbirlə səyyar rəflərə, söykənəcəksiz skamyaların, daş piltələrin üstünə düzür. Axşam olanda da kitabları karton yeşiklərə yığıb, arabayla harasa daşıyır. Bu qoca kişi bu qədər gücü hardan alır? Axı o niyə evində-eşiyində oturmur? Nədir onu yay, qış, isti, soyuq demədən hər gün kitab satmağa vadar edən? Bəlkə maddi ehtiyac onu hər gün kitab satmağa vadar edir? Bəlkə o, kitab satmağa vərdiş edib, evdə oturanda darıxır, ürəyi sıxılır? Bəlkə arvadı, gəlini hər gün onu evdən qovub, kitab satmağa göndəririlər? Bilmirəm, bu həyatda hər şey ola bilər. Heç kim, heç nədən sığortalanmayıb.
Yolum Puşkin küçəsinə düşəndə qoca kişinin satdığı kitablara baxıram. Novbəti dəfə kitablara baxanda kitabların arasında Jan Jak Russonun teatr, musiqi, incəsənət və əxlaq mövzularında yazdığı esselərdən ibarət, qaşqabaqlı, üst dodağı göy, alt dodağı yer süpürən, boz üzlü kitab gördüm. Kitab 1959 – cu ildə, Leninqrad şəhərində, “İskusstvo” Dövlət Nəşriyyatında, beş min tirajla nəşr edilib. Kitabın o vaxtlar qiyməti on doqquz manat, on qəpik olub. Deyirəm adamın yaxşı təxəyyülü ola, oturub bu kitabın həyat yolundan, taleyindən yaxşı bir roman yazasan. 1959-cu ildə Leninqradda, beş min tirajla nəşr olunan kitabın (o dövr üçün çox kiçik tirajdır) necə olub bir nüxsəsi Tiflisə gəlib çıxıb? Kim alıb bu kitabı? Niyə alıb? Sonralar kim evdən qovub bu kitabı? Niyə qovub? Kitab neçə dəfə əldən-ələ keçib? Kitabı kimlər oxuyub, niyə oxuyub? Kitabı alan adamın sümükləri yəqin ki, çoxdan çürüyüb və onun övladları, nəvələri çox güman indi bütün günü sosial şəbəkələrdə avaralanırlar. Bunların hamısı yazılması vacib olan, maraqlı mövzulardır. Kitabın həyat yolunu, taleyin yazanda ictimai-siyasi motivli məqamları da araya qatıb, müxtəlif dövrlərin ictimai-siyasi ab-havasını da yaratmaq olar. Arzuya bax sevgilim…! Bütün bunlar adamdan babat təxəyyül tələb edir ki, o da məndə bədbəxtlikdən yerli-dibli yoxdur.
Qaşqabaqlı kitabı xeyli vərəqlədim, esselərin orasına-burasına baxdım, altından krandaşla, qələmlə xətt çəkilmiş cümlələri, abzasları oxudum və gördüm ki, kitabda çoxlu maraqlı söhbətlər var. Qiymətini soruşdüm. On beş lari. Burada kiçik bir haşiyə çıxaraq qeyd edim ki, əvvəllər Tiflisdə rus dilində kitablar həm çox, həm də olduqca ucuz (havayıdan lap cıqqılı baha) idi. Rus, Belarus, Ukraynalı turistlərin ayağı Tiflisə kütləvi surətdə açılandan sonra rus dilində olan kitablar azalmağa, bahalaşmağa başladı…
Adətən kitab alanda qiymət söhbəti eləmirəm. Pulumu verib sakitcə kitabımı alıram. Tərslikdən həmin gün cibimdə nə az, nə çox, düz on beş lari vardı. Bir də şalvarımın arxa cibində yarım ovuc qəpik-quruş. Evə qayıdanda bilmədən, istəmədən “vurub birdən kiminsə qatığın aşırdaram” ehtimalını, təhlükəsini nəzərə alaraq, kitabın qiymətin bir az, təxminən beş lari endirmək qərarına gəldim:

– Ucuz olmaz?
– Bu ki, Jan Jak Russodur!

Əsl gürcü cavabı idi. Güya kitabın müəllifinin kim olması onun qiymətinə mütləq təsir etməlidir. On beş lari verib kitabı aldım.
1712-1778 Ozan dili yüyürək olar. Artıq evdəyəm. Qurbanolduğumun verdiklərindən yeyib, toqqanın altını bərkitmişəm, çay içmişəm, popiros tüstülətmişəm, indi də Russonun musiqi, teatr, incəsənət və əxlaq mövzularında yazdığı esselərini oxumaqdayam. Hər cümlədə müəllifin Dəməşq qılıncı kimi iti, antilop kimi çevik zəkası görünür. Ola bilsin səhv edirəm, amma esseləri oxuduqca məndə belə təssürat, belə bir fikir yaranır ki, Russo yazdığı, girişdiyi mövzulara görə elə də güclü narahatçılıq, həyacan hissi keçirməyib. O, sadəcə gözəl mətn yazmaq istəyib və buna da inanılmaz dərəcədə nail olub. Russonun teatrın lazımsızlığı barədə Dalamberə yazdığı, hər cümləsindən pozitiv zəhər yağan məktubu gözəl mətn nümunəsi kimi dərsliklərə salınmalıdır. Bir neçə div, bir neçə əjdaha eyni dövrdə yaşayanda onların arasında davalar qaçınılmaz olur. Kimin haqlı, kimin haqsız olduğunu kənara qoyaraq, biz bu div davalarının nəticəsində yaranan mətnləri oxuyub, estetik həzz almalıyıq.
Bu Russo həyatdan nə istəyirmiş? Bu suala cavab vermək heç də asan deyil. Əgər söhbət cini yüksək səviyyədə, çox estetik formada, ustalıqla “sevib”, balasını axtaran adamın həyat və yaradıcılığından gedirsə, onun həyat və yaradıcılığı haqqında hər hansı konkret, dəqiq fikir söyləmək iddiasına düşmək, ən azı axmaqlıq olardı. Russo kimi cini yüksək səviyyədə “sevib”, balasını axtaran adamın həyat və yaradıcılığından danışanda, gərək maksimum ehtiyatlı olasan. O məhşur yengənin təbirincə desəm, Russo kimi adamın həyat və yaradıcılığından danışmağın hər dəqiqəsi “opasnıdı”. Russo kimi adamların həyat və yaradıcılığından danışanda, biz ən yaxşı halda müəyyən ehtimallar səsləndirə bilərik.
Beləliklə, mənə elə gəlir ki, Russo Folknerin nəzərdə tutduğu formada zamanı, həyatı dayandırdığının fərqində olub. Yaradıcılığı ilə həyatı, zamanı dayandırdığının fərqində olan, bunu hiss edən adamlar çox güclü olurlar. Başqalarının can atdığı, enerji, vaxt sərf etdiyi məqsədlərin, niyyətlərin, hədəflərin hamısı həyatı, zamanı dayandırdığının fərqində olan adamın gözünə mənasız, xırda-xuruş məqsədlər, niyyətlər, hədəflər kimi görünür. Yəqin ki, zamanı, həyatı dayandırmağı bacarmaq, bunun fərqində olmaq həzlərin ən alisi, ən yüksəyidir. Bundan yüksək, ali həzz təsəvvür etmək çətindir. Folkner müsahibələrindən birində zamanı, həyatı dayandırmaq barəsində belə demişdi: “Hər bir sənətkarın məqsədi ədəbi üsublarla həyatı və hərəkəti dayandırmaqdan ibarətdir. Ancaq o formada ki, yüz ildən sonra kənar bir adam əsərə baxanda əsər yenidən canlansın, hərəkətə gəlsin. İnsanlar ölüb gedirlər və ölümsüzlüyün yeganə mümkün forması, səndən sonra daimi hərəkətdə olan və buna görə də ölümsüzlüyü haqq edən bir şey qoyub getməkdir”.
Problem ondan ibarətdir ki, hər şey sənətkarın zamanı, həyatı dayandırmasından, dondurmasından asılı deyil. Əsərlə tanış olan adamın da təxəyyülü, bədii təfəkkürü dayandırılmış zamanı, həyatı hərəkətə gətirmək gücündə, iqtidarında olmalıdır. Təəssüf ki, adamların böyük çoxluğunun təxəyyülü, bədii təfəkkürü əsərdə dondurulmuş zamanı, həyatı hərəkətə gətirmək iqtidarında olmur. Adamların böyük çoxluğu əsərdəki hadisələrlə tanış olurlar; Raskolnikov əlinə balta alıb qoca arvadı şaqqaladı, Anna Karenina özünü qatarın altına atdı, Mitya sevgidə uğusuzluğa düçar olub başına güllə sıxdı…

Təxminən belə bir dialoq təsəvvürünüzə gətirin:

– Son vaxtlar nə oxumusan?
– Platonovun “Can”ın oxudum.
müəmmaya cavab tapmaq üçün Çexov haqqında yazılmış tədqiqatları kənara qoyub üslubumu dəyişdim. Tanıdığım, ərkim çatan, təcrübəli, neçə-neçə kişiləri dolamış, həyat görmüş qadınlara bu suallarla müraciət etdim: “Səncə Çexov niyə evlənib? Bu Olqada nə kəramət varmış? Necə olub Çexov o qadının tələsinə düşüb?”
İki cavab çox maraqlı idi. Biri belə cavab vermişdi: “Əşi kişidir də. Yəqin zəiflik göstərib…” İkinci cavab lap şedevr idi: “Olqa Çexova cadu edib”.
İkinci cavabı zarafat kimi yox, tam ciddi qəbul elədim. Nə bilək, bəlkə doğrudan da belə şey olub. Mən artıq hər şeyə inanıram və heç nəyə inanmıram. Doğrusunu isə Çexov özü bilir. Bəlkə heç özü də bilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 329 310 244 276 289

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.