cabir

cabir İdman 10-11-2024, 21:30

"Real Madrid" futbolçuları Karlo Ançelottinin istefasını tələb ediblər

"Real Madrid" futbolçuları Karlo Ançelottinin istefasını tələb ediblər
İspaniya nəhəngi olan "Real Madrid" klubunun ulduz futbolçuları baş məşqçi Karlo Ançelottinin istefasını tələb ediblər. Sun.Az "Championat"a istinadən xəbər verir ki, Kilian Mbappe, Federiko Valverde, Ferlan Mendi, Aurelian Tçuameni, Eduardo Kamavinqa Ançelottinin komandadan göndərilməsini istəyiblər.

Baş məşqçinin komandada qalmasını istəyən yeganə şəxs isə Vinisius Juniordur.

O, Ançelottinin "Real Madrid"dən ayrılacağı təqdirdə Braziliya millisinə başçılıq etməsini istəyir.

Qeyd edək ki, daha əvvəl "Real Madrid" klubunun prezidenti Florentino Peresin Ançelottini əvəzləmək üçün "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso ilə danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 244 230 245 227 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.