nzeyniyev

nzeyniyev özünü 🤔 fikirli hiss edir. Şeirlər 12-11-2024, 23:16

Doğum günümə ithafən..

Doğum günümə ithafən..

Doğum günümə ithafən..
Düz 12 ay keçir,
Ötən doğum günümdən.
Həyat nələr apardı,
Bu 18 ilimdən.

Yoxluğun 50 fəsil,
Saysam, hesaba sığmaz.
Bəlkə bir izin olsa,
Evim sənsiz darıxmaz.


Qorxduğum nə vardısa,
Bir-bir başıma gəldi.
Səni vaxtsız itirmək,
Uşaq yaşıma gəldi.

Sən qadamı alardın,
Mənki ala bilmədim.
Bağışla, böyüsəmdə,
Adam ola bilmədim.


Məzarını yumadı,
Gözün axan yaşları.
O gündən sovuşmadı,
Dünyamın yağışları.

18 il əzabla,
Yaşadım, nə vardısa.
Bahar mənə neyləsin?
Zirvələrim qardısa.


Düz 12 ay keçir,
Ötən doğum günümdən.
Həyat nələr apardı,
Bu 18 ilimdən.


• Nail Zeyniyev/Bakı/12/11

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 331 322 313 305 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.