"Hikmət Hacıyev Cozep Borrelə layiq olduğu cavabı verdi"- politoloq Tural İsmayılov
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel Avropa İttifaqını dünyanın mərkəzi "bağ" adlandırıb, yerdə qalan digər coğrafiyalara isə "cəngəllik" adını verib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin bəyanatlarına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Mövzu ilə bağlı Sun.Az -a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Cozep Borrel öz açıqlamaları ilə Avropa İttifaqının sərhədlərini aşan, mənasız mövqeylər nümayiş etdirən komisarlarından biridir. Bu günə qədər dəfələrlə Jozep Borrelin beynəlxalq münasibətlərlə bağlı adekvat olmayan mövqelərini görmüşük:
"30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu zaman 1 dəfə də olsun Avropa İttifaqının komisarı kimi Jozep Borrel Azərbaycanın haqq işini dəstəkləməyib. Ermənistana lazımı təziqləri göstərməyib. İndi Fransanın və Niderlandın neomüstəmləkəçilik siyasətini əleyhinə çıxış etməsini onsuz da biz gözləmirik. Çünki bütövlükdə Avropa İttifaqının üzvü olan Fransa və Niderland kimi ölkələr dünyada ədalətsizliyin qalmasında maraqlıdırlar. Neomüstəmləkəçilik siyasətlərini davam etdirirlər. Bu gün Cozep Borrel və onun timsalında olan adamların bəziləri neomüstəmləkəçilik məsələsində mövqesizlik nümayiş etdirə bilərlər. Lakin görürük ki, Cozep Borrel verdiyi açıqlamalarla Azərbaycanı yenə hədəfə alır. Fransanın və Niderlandın qanunsuzluqlarına göz yumur.
Prezident köməkçisi hörmətli Hikmət Hacıyev də ona layiq olduğu cavabı verdi. Bu gün Avropa İttifaqını dünyanın mərkəzi "bağ" kimi adlandırıb, yerdə qalan dünyanın digər coğrafiyalarına "cəngəllik" deyən, artıq yaşının da müəyyən bir dövrünü haqlamış siyasətçinin Azərbaycan əleyhinə "boğazdan yuxarı" açıqlamalar etməsi, erməni lobbisinə bağlı mediaların manşetini bəzəməsi ona baş ucalığı gətirmir".