HASANLY

HASANLY İdman 16-11-2024, 02:20

Millətlər Liqası: Ronaldonun dublu Portuqaliyaya inamlı qələbə qazandırdı

Millətlər Liqası: Ronaldonun dublu Portuqaliyaya inamlı qələbə qazandırdı
UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda 5-ci turun oyunu keçirilib, Portuqaliya və Polşa milliləri qarşılaşıblar.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, Portodakı "Draqau" stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:1.

Bu oyunda Kriştianu Ronaldu dubl və məhsuldar ötürmə edib (72, 87). Portuqaliya millisinin heyətində Rafael Leau (59), Brunu Fernandeş (80) və Pedru Netu (83) hərəyə bir qola imza atıblar. Qonaqların yeganə qolunu müdafiəçi Dominik Marçuk (88) vurub.

Qrup mərhələsinin beş turundan sonra Portuqaliya millisi 13 xal toplayıb və birinci yerdədir. Polşa dörd xal qazanaraq üçüncü yerdədir. Bu kvartetdə, həmçinin Xorvatiya (yeddi xal) və Şotlandiya (dörd xal) komandaları yer alır.

Günün digər oyununda Şotlandiya öz meydanında Xorvatiyaya qalib gəlib (1:0).

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
174 211 207 217 198 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.