Diablo

Diablo Texnologiya 17-11-2024, 17:00

Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!

Bir insanın elədiklərini "izləyərək" öyrənən robot hazırlanıb!
Vyanada bir qrup alim “izləyərək” öyrənə bilən bir robot hazırlayıb. Bu robot, kodlaşdırma prosesinin asanlaşdırıla biləcəyini də nümayiş etdirib.
Robotlar hər gün bir az daha inkişaf edir, lakin inkişaf səviyyəsi artdıqca çətinliklər də çoxalır. Məhz bu vəziyyətin fərqində olan alimlər, bu dəfə tamam başqa bir texnika tətbiq etməyə qərar veriblər. Aparılan tədqiqatlar nəticəsində izləyərək lavabo təmizliyini öyrənən bir robot hazırlanıb. Tədqiqat çərçivəsində alimlər xüsusi bir təmizlik süngəri hazırlayıblar. Sensorlarla təchiz edilmiş bu təmizlik süngəri əvvəlcə bir insan tərəfindən istifadə edilib. Sensorların topladığı məlumatlar robotun maşın öyrənmə alqoritminə ötürülüb. Əldə edilən məlumatlar robotun insanın təmizlik hərəkətlərini təqlid etməsini təmin edib.

Əgər ənənəvi üsullardan istifadə edilsəydi, lavabo təmizliyinin əvvəlindən sonuna qədər kodlaşdırılması lazım olacaqdı. Məhz Vyanada aparılan bu tədqiqat alimlərin işini asanlaşdırıb. Üstəlik, mütəxəssislər bu tədqiqatın hələ erkən mərhələdə olduğunu bildirirlər. Rəngləmə, qaynaq işləri və s. kimi müxtəlif işlərdə də eyni üsul tətbiq oluna bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 311 203 204 226 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.