Ganbarofh

Ganbarofh Xəbərlər 26-08-2017, 15:19

Azərbaycanda Qurban Bayramı namazının vaxti açıqlandı

Azərbaycanda Qurban Bayramı namazının vaxti açıqlandı

Azərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bizə verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
627 596 568 525 545 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.