HASANLY

HASANLY İdman 25-11-2024, 10:53

La Liqa: "Real Madrid" səfərdə "Leqanes"i darmadağın etdi

La Liqa: "Real Madrid" səfərdə "Leqanes"i darmadağın etdi
İspaniya La Liqasının 2024/2025 mövsümünün 14-cü turunun "Leqanes" və "Real Madrid" komandalarının qarşılaşdığı matç başa çatıb.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, oyun Leqanesdəki "Munisipal de Butarke" stadionunda baş tutub. "Real Madrid" "Leqanes"i 3:0 hesabı ilə məğlub edib.

43-cü dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı açıb. Yarımmüdafiəçi Federiko Valverde 66-cı dəqiqədə fərqi artırıb. Oyunda yekun nəticə 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem tərəfindən müəyyən edilib - 3:0.

13 matçdan sonra "Real Madrid" 30 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. "Leqanes" 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya "Barselona"sı başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
268 283 215 250 323 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.