HASANLY

HASANLY İdman 28-11-2024, 12:35

"Real Madrid" antirekorda imza atdı

"Real Madrid" antirekorda imza atdı
İspaniyanın "Real Madrid" futbol klubu UEFA Çempionlar Liqasının hazırkı qalibi kimi titulu qazandıqdan sonra liqa mərhələsində üç oyunu uduzan ilk komanda olub.

Loading.Az xəbər verir ki, bu barədə idman statistikası üzrə ixtisaslaşmış "Opta" şirkəti özünün sosial şəbəkə hesabında bildirib.

Çempionlar Liqasının ümumi mərhələsinin V turunda "Kral klubu" "Liverpul"a 0:2 hesabı ilə məğlub olub. Daha öncə Madrid təmsilçisi İtaliyanın "Milan"ına və Fransanın "Lill"inə uduzub.

İspan klubu hazırda UEFA Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü yerdədir. Turnirin liqa mərhələsinin qalan üç oyununda komanda "Atalanta", "Red Bull Zalsburq" və "Brest"lə qarşılaşacaq.

Qeyd edək ki, liqa mərhələsinin turnir cədvəlinə niderlandlı mütəxəssis Arne Slotun "Liverpul"u başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
222 308 209 238 209 231

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.