HASANLY

HASANLY İdman 5-12-2024, 11:29

İngiltərə Premyer Liqası: "Çelsi" səfərdə "Sauthempton"u məğlub etdi

İngiltərə Premyer Liqası: "Çelsi" səfərdə "Sauthempton"u məğlub etdi
İngiltərə Premyer Liqasının 14-cü turunda "Sauthempton" "Çelsi"ni qəbul edib.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılaşma 1:5 hesabı ilə "Çelsi"nin xeyrinə başa çatıb.

Qarşılaşmada hesab artıq yeddinci dəqiqədə açılıb, "Çelsi"nin müdafiəçisi Aksel Disasi fərqlənib. 11-ci dəqiqədə "Sauthempton" Co Aribonun köməyi ilə hesabı bərabərləşdirib. 17-ci dəqiqədə Kristofer Nkunkunun qolu "Çelsi" yenidən hesabda önə keçib. 34-cü dəqiqədə Noni Madueke komandasının üçüncü qolunu vurub. 77-ci dəqiqədə Koul Palmer "Çelsi"nin dördüncü, 87-ci dəqiqədə Ceydon Sanço beşinci qolunu vurub.

"Çelsi" 14 matçda 28 xal toplayıb və ikinci pillədə, "Sauthempton" 5 xalla 20-ci pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 311 252 249 256 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.