AzizA

AzizA Mətbəx 5-12-2024, 22:25

Tiramisu kapkeyki

Tiramisu kapkeyki
Xəmir üçün:
Kərə yağı - 100 qr
Şəkər - 150 qr
Yumurta - 3 ədəd
Xama 20% - 150 qr
Un - 210 qr
Qabartma tozu - 1 ç.q.
Bir çimdik duz
Kofe dəmləməsi - 60 qr

Krem üçün:
Maskarpone - 300 qr
Qaymaq - 150 qr
Şəkər pudrası - 80 qr

Hazırlanması:
Otaq temperaturunda olan kərə yağı ilə şəkər tozu qarışdırılır. Yumurtalar əlavə edilib yenidən spatula və ya vençiklə qarışdırılır. Xama da əlavə edilib yenidən qarışdırılır. Un, qabartma, duz da əlavə edilib eynicins məhlul halına gələnədək qarışdırılır. Ən son isə dəmlədiyimiz kofeni əlavə edirik. Hazır xəmiri keks qablarına əlavə edirik. 180 dərəcədə 25-30 dəqiqəyə bişir. Tam soyumağa qoyuruq. Krem üçün maskarpone və şəkər pudrası çalınıb, qaymaq əlavə edirik. Ərzaqlar soyuq olmalıdır. Krem torbasına əlavə edib kekslərimizin üzərini bəzəyirik. İstəyə görə kremin üstünə kakao səpə bilərsiz. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
347 298 287 315 323 279

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.