ice berg

ice berg Texnologiya 10-12-2024, 14:00

“Apple” “ağıllı ev” kameraları istehsal edəcək

“Apple” “ağıllı ev” kameraları istehsal edəcək
“Apple” çirkətinin 2026-cı ildə “ağıllı ev” kameralarını təqdim etməyi planlaşdırdığı üzə çıxıb.

Loading.aZ xəbər verir ki, məşhur “Apple” analitiki Ming-Çi Kuo bu kameraları “Apple”ın uzun müddətdir təchizatçısı olan Goertek şirkətinin istehsal edəcəyini iddia edib.

Kuonun sözlərinə görə, “Apple” 2026-cı ildə ağıllı ev kameralarının kütləvi istehsalına başlamağı planlaşdırır.

Goertek şirkəti “AirPods” istehsalı və “Apple Vision Pro” təchizat zəncirindəki rolundan əlavə, bu yeni kameraların istehsalında da iştirak edəcək.

“Apple”ın ağıllı ev kameralarının “Apple Intelligence” və “Siri” ilə inteqrasiyalı olaraq gələcəyi güman edilir.

Beləliklə, kameralar digər “Apple” cihazları ilə problemsiz inteqrasiya edəcək və istifadəçilərə ağıllı evlərini daha səmərəli idarə etməyə imkan verəcək.

Süni intellekt dəstəyi ilə kameralar qabaqcıl təhlükəsizlik və avtomatlaşdırma xüsusiyyətləri təklif edə biləcək.

Ağıllı ev kameralarının qiyməti ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Ancaq bəzi hesablamalar göstərir ki, quraşdırma və vintlər olan paket Android telefonu ilə eyni qiymətə başa gələ bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
262 279 222 211 262 195

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.