Lusi

Lusi Xəbərlər 28-08-2017, 12:37

Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub

Gürcüstanın ali məktəblərinə 673 azərbaycanlı qəbul olub


Gürcüstanda milli azlıq nümayəndələri arasında "1+4” proqramı ilə ali məktəblərin hazırlıq kurslarına qəbul olan tələbələr arasında azərbaycanlılar birinci yeri tutub.
Gürcüstan Qiymətləndirmə və Milli İmtahanlar Mərkəzinin statistik məlumatına istinadən verdiyi xəbərə görə, adıçəkilən proqram üzrə ali məktəblərə qəbul olan azərbaycanlı tələbələrin sayı 673, erməni tələbələrin sayı isə 373 nəfər təşkil edib.

Azərbaycanlı tələbələrin ən çox qəbul olunduğu ali məktəblərin ilk üçlüyünə Gürcüstan Texniki Universiteti (228 nəfər), İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti (206 nəfər) və İlya Dövlət Universiteti (147 nəfər) daxildir. "1+4” proqramı ilə Gürcüstanın ali məktəblərinin hazırlıq kurslarına qəbul olan azərbaycanlı tələbələrin yalnız 83-nün təhsili dövlət tərəfindən tam maliyyələşdiriləcək. Yerdə qalan tələbələr üçün illik təhsil haqqı 1500-2250 lari təşkil edir.

Qeyd edək ki, Gürcüstanda 2010-2011-ci tədris ilindən tətbiqinə başlanılmış "1+4” proqramına əsasən milli azlıqlardan olan abituriyentlər doğma dillərində ümumi biliklər üzrə imtahan verərək ali məktəbin intensiv gürcü dili kursuna daxil olur. Bir illik kursu başa vuran tələbələr tələb olunan krediti topladıqdan sonra bakalavr pilləsi üzrə təhsilini davam etdirir. (APA)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 549 592 534 514 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.