Diablo

Diablo Texnologiya 10-12-2024, 22:40

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar
Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar.
Take.az xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unikal material üzərində işləyirlər. Bu kəşf kamuflyaj sahəsində inqilab edərək insanların ətraf mühitə asanlıqla qarışmasına şərait yaradacaq.
Alimlər bu texnologiyanın həm hərb, həm də memarlıq sahələrində böyük potensiala malik olduğunu bildirirlər. Tədqiqatçı Van Donşenqin sözlərinə görə, bu material müxtəlif sahələrdə ciddi dəyişikliklərə yol aça bilər.
Layihə təbiətdəki buqələmun və səkkizayaqlı kimi heyvanların rəng dəyişmə qabiliyyətindən ilham alıb. Yaxın gələcəkdə kamuflyaj funksiyalı materialların prototipləri təqdim edilə bilər və bu texnologiya bir çox sahələrdə əhəmiyyətli yeniliklərə səbəb olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
273 318 248 215 205 204

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.