HASANLY

HASANLY İdman 12-12-2024, 11:20

Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi

Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
UEFA Çempionlar Liqasının liqa mərhələsində VI tura yekun vurulub.

Loading.Az Oxu.Az-a istinadən xəbər verir ki, son oyun günündə "Lill" doğma meydanda "Şturm Qraz"ı məğlub edib - 3:2. "Atletiko Madrid" isə "Slovan Bratislava"dan üstün olub - 3:1.

Gecənin digər maraqlı görüşlərində "Yuventus" "Mançester Siti"ni qəbul edib. "Şəhərlilər" meydan sahiblərinə yalnız ilk hissədə müqavimət göstərə biliblər. İkinci hissədə "qoca sinyora" iki dəqiq zərbə ilə ingilisləri məyus edərək matçın taleyini həll edib - 2:0.

"Borussiya Dortmund" "Barselona"nı qonaq edib. Gərgin keçən qarşılaşmanın sonunda sevinən tərəf katalon klubu olub - 2:3.

"Milan" öz meydanında "Srvena Zvezda"nı məğlub edib. Rossonyerilər üç xalı minimal üstünlükdə qazanıblar - 2:1.

"Arsenal" "Monako"ya şans verməyib. Ev sahibləri olan "topçular" fransızların qapısından 3 cavabsız qol keçiriblər - 3:0.

"Benfika" "Bolonya" matçında hesab açılmayıb - 0:0.

"Feyenoord" "Sparta Praqa"nı (4:2), "Ştutqart" isə "Yanq Boyz"u (5:1) darmadağın edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
260 224 190 230 181 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.