Bəlkə də sevgi bəzən uşaq ikən geyinməyi çox sevdiyin yun sviterdir
Bəlkə də qəlbinin seçdiyi insanla ola bilməyəcəksən..bəlkə də həyat belə işləmir. İstədiyin an istədiyini əldə edə bilmirsən amma biraz gözləsən çox daha artığını qazanacaqsan. Bəlkə də kainat daha yaxşı bilir, sənin üçün hansı yaxşıdır,bəlkə də sevgi dəyişir, cilddən cildə girir. "Çox dərin düşüncəlisən"dən "bu qədər düşünmə"yə, "işdən sonra səni yığacağam"dan "yorğunam, yatacağam"a, "mən səni seçirəm"dən "birinci özüm"ə doğru dəyişir.Bəlkə də dəyişməlidir də.Sən də,sevgin də dəyişməlidir.Bəlkə də bəzən bəzilərimiz sevgimiz üçün çox böyümüş oluruq, nə qədər çalışsaq da əvvəlki sehri tuta bilmirik. Bəlkə də sevgi bəzən uşaq ikən geyinməyi çox sevdiyin yun sviterdir və ya kiçik krovatın.Artıq sadəcə xatirə olaraq qalan və səni gülümsədən.Bəlkə də ən əsas bunu öyrənəməkdir.Sağollaşmağı, buraxmağı bacarmaq,getməsinə, bitməsinə icazə vermək.Keçmişi canlı tutmaq üçün zehnini və ruhunu yormaq əvəzinə özünü indinin axarına buraxmaq.Bəlkə də uzaqlaşmaq o qədər də pis deyil.Yeni həyatın başlanmasıdır.







