ice berg

ice berg İdman 17-12-2024, 17:28

Neymardan həmkarlarına XƏBƏRDARLIQ: Messinin yanına gedir

Neymardan həmkarlarına XƏBƏRDARLIQ: Messinin yanına gedir
Məşhur braziliyalı futbolçu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda komanda yoldaşlarına məlumat verib ki, müqaviləsi başa çatdıqdan sonra, 2025-ci ilin yayında Amerikanın “İnter Mayami” klubuna gedəcək.

Loading.aZın xarici KİV-ə istinadla xəbərinə görə, “Əl-Hilal” braziliyalı hazırkı tərəfdaşlarına tezliklə ABŞ-da keçmiş "Barselona"dakı həmkarları Lionel Messi, Luis Suares və Sergi Busquets ilə yenidən birləşmək istədiyini söyləyib.

Digər məlumatlara görə, Neymar bu cür söhbətlərlə maaşının artırılması üçün diqqəti özünə çəkmək istəyir.

Braziliya millisinin lideri “Əl-Hilal”la 2023-cü il avqustun 15-də müqavilə imzalayıb və bu müqavilənin müddəti 8 aydan sonra başa çatacaq. Böyük ehtimalla o, Səudiyyə Ərəbistanını tərk edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
224 240 182 208 205 217

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.