HASANLY

HASANLY İdman 18-12-2024, 00:53

FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"

FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
Rumıniyanın FKSB klubunun İdarə Heyətinin nümayəndəsi Mihay Stoyka Avropa Liqasının əsas mərhələsində qarşıdakı rəqibi olan "Qarabağ"ın yeni ilin yanvarında Antalyada (Türkiyə) olacağını bildirib.

Loading.Az "Sport.ro"ya istinadən xəbər verir ki, FKSB klubunun baş məşqçisi Mihay Stoyka Antalyada keçirəcəkləri təlim məşq toplanışı zamanı "Qarabağ"la eyni hoteldə qalacaqlarını və bunun gülünc olduğunu bildirib.

"Yanvarın 12-də təlim-məşq toplanışı çərçivəsində Antalyada Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə yoldaşlıq oyunu keçirəcəyik. Qeyri-rəsmi olmasına baxmayaraq, bizi vacib oyun gözləyir. Yəqin ki, "Qarabağ"ın məşqçiləri və futbolçuları bizimlə bir hoteldə qalacaqları üçün tribunada olacaqlar. Bu, həqiqətən gülməlidir".

Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın Suraxanıdakı bazasında qış təlim-məşq toplanışı keçirəcəyi məlum olmuşdu. "Qarabağ" - FKSB oyunu yanvarın 23-də Bakıda keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
244 238 199 217 204 276

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.