HASANLY

HASANLY İdman 20-12-2024, 12:46

Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI

Bu gün Avropanın yaşıl meydanlarında keçiriləcək görüşlərin AFİŞASI
Bu gün Avropanın yaşıl meydanları maraqlı futbol tamaşasına ev sahibliyi edəcək.

Loading.Az xəbər verir ki, Almaniya Bundesliqasının XV turunun açılış matçında "Bavariya" doğma meydanda "Leypziq"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

İtaliya A seriyasında isə XVII tura start veriləcək. İlk oyun günündə "Milan" "Verona"nı sınağa çəkəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Həmçinin Türkiyə Superliqasında da XVII tur bu gün keçiriləcək bir görüşlə start götürəcək. "Qalatasaray"la görüşdə əzmkarlıq nümayiş etdirən "Eyüpspor" doğma meydanda "Fənərbağça"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
249 289 206 261 230 206

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.