HASANLY

HASANLY İdman 22-12-2024, 13:42

"Lion" gürcüstanlı futbolçu üçün "Qalatasaray"dan külli miqdarda pul istəyib

"Lion" gürcüstanlı futbolçu üçün "Qalatasaray"dan külli miqdarda pul istəyib
Türkiyə nəhəngi "Qalatasaray" Fransanın "Lion" klubunun gürcüstanlı futbolçusu Jorj Mikautadzeni transfer etmək istəsə də, tələb olunan məbləğ keçidin gecikməsinə səbəb olub.

Loading.Az "Ntvspor"a istinadən xəbər verir ki, Fransa klubu "Qalatasaray"dan keçid üçün 20 milyon avro tələb edib.

"Sarı-qırmızılar"ın rəsmiləri Mikautadzenin keçidi üçün maksimum 10 milyon avro ödəyə biləcəklərini deyiblər.

Qeyd edək ki, "Lion" forması ilə 20 oyunda meydana çıxan Jorj Mikautadze altı qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 296 253 214 192 192

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.