HASANLY

HASANLY İdman 23-12-2024, 12:02

İtaliya A Seriyası: "Qoca sinyora" autsayderə yerini göstərdi

İtaliya A Seriyası: "Qoca sinyora" autsayderə yerini göstərdi
İtaliya A Seriyasının 2024/2025 mövsümünün 17-ci turunun "Monza" - "Yuventus" qarşılaşması matç başa çatıb.

Loading.Az xəbər verir ki, oyun Monzadakı "U-Power" stadionunda baş tutub.

14-cü dəqiqədə "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenni hesabı açıb. "Monza"nın cavab qoluna 22-ci dəqiqədə müdafiəçi Samuele Birindelli imza atıb. Qonaqlara qələbə qazandıran qolu isə 39-cu dəqiqədə hücumçu Nikolas Qonzales vurub - 1:2.

17 oyundan sonra "Monza" 10 xalla A Seriyasının turnir cədvəlində sonuncu - 20-ci yerdədir. "Yuventus" eyni sayda oyundan sonra 31 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

İtaliya çempionatının turnir cədvəlinə 40 xalla "Atalanta" başçılıq edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 325 351 308 304 274

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.